Əsas səhifə Biznes Biznes ideyalar Avtoşampun istehsalını necə açmaq olar? Addımların ardıcıllığı

Avtoşampun istehsalını necə açmaq olar? Addımların ardıcıllığı

179

Keyfiyyətli avtoşampun maşınınızın şüşələrini, bamperini və digər hissələrini asanlıqla təmizləyərək, görkəmini dəyişə bilər. Məhsulun bu seqmentinə olan tələbat həm avtoyuma sahibkarları, həm də maşın sürücüləri arasında olduqca yüksəkdir.

Avtoşampun istehsalı biznesinin qiymətləndirilməsi

Bazar doyumunun orta səviyyəsi

Azərbaycanda avtokimyəvi və avtokosmsetik məhsullarının istehsalı üzrə ixtisaslaşan müəssisələrin sayı o qədərdə çox deyil. Maşınların sayı gündən günə artmaqdadır və onları nə iləsə yumaq lazım gəlir.

Avtoşampun istehsalı üzrə müəssisənin açılması az xərc tələb edir

Maşınlar üçün yuyucu vasitələrin istehsalını açmaq üçün lazım olan başlanğıc kapital 17.747 AZN təşkil edir.

İstehsal xəttinin kompaktlığı

Avtoşampun istehsalını açmaq üçün böyük bir sahəyə heç bir ehtiyac yoxdur. Belə bir biznesin qurulması üçün 50 m2  ərazi kifayət edir.

Texnoloji xəttin elementlərini seçmək imkanı

Başlanğıcda istehsala kapital qoyuluşlarını minimuma endirmək üçün plastik konteynerlər kompleksini ala bilərsiniz.

Biznesin ideya və istehsal texnologiyalarının mənimsənilməsinin asanlığı

Məhsulların hazırlanması üçün avtomatlaşdırılmış avadanlıqlardan istifadə olunur, belə ki, ixtisaslaşmış mütəxəssislərin işinə ehtiyacınız olmayacaq. Götürdüyünüz işçilərin orta texniki təhsilə malik olması kifayət edir, əsas texnologiyanın əldə edilməsidir.

Zərərsizlik nöqtəsinə çıxmaq ucun en qısa müddət

Düzgün yanaşma və düşünülmüş marketinq strategiyası, tez bir zamanda öz alıcısını tapacaq. Yaxşı qurulmuş paylama kanalları vasitəsi ilə, çəkdiyiniz xərcləri geri ala bilərsiniz.

Tullantısız istehsal

İstehsal prosesində əmələ gəlmiş sabunlu su, növbəti sikldə istifadə oluna bilər.

İdeyanı realizə etməyə başlayırıq

Regiondakı bazarın təhlili – başlıca prioritetlərdən biridir.

Regionunuzda avtoşampunların satışı üzrə monitorinqin keçirilməsi, sizə istehsalın həcmini və biznesin rentabelliyini düzgün qiymətləndirmək üçün kömək edəcək. Eyni zamanda, bu, istənilən dəyişiklərə hazır olmağınıza imkan verəcəkdir.

Regional bazarın monitorinqinə nə daxildir?

  • məhsullara olan tələbatın səviyyəsi
  • alıcıların istəyi
  • oxşar istiqamətdə mövcud olan istehsalların sayı
  • avtomobil yuyucusu və avtomobil şampunun potensial alıcılarının sayı

Bazar araşdırmaları ilə yanaşı, topdan müştərilər üçün axtarış aparmaq və onlarla əlaqə yaratmaq lazımdır.

Texnoloji proses

Hər hansı bir kimyəvi vasitənin istehsalı üçün olduğu kimi, bir avtomobil şampunun istehsalı üçün də resept və düzgün texnologiya tələb olunur.

Bütün növ müştəri qrupları üçün məhsul istehsalını təmin edin:

  • avtomatik yuyulma üçün təmassız avtomobil şampunu (duzsuzlaşdırılmış su, kimyəvi konsentrat və aşqarlar əsasında hazırlanır)
  • avtomobillər və yük maşınları sahibləri tərəfindən fərdi istifadə üçün avtomobil şampunu (əl yuma).

Tərkibinə görə şampunlar ola bilər:

  • emal effekti (polirovka) ilə;
  • emal effekti (polirovka) yoxdur;
  • anti-korroziya təsiri ilə.

Bütün komponentlər nisbətən aşağı qiymətə malikdir və zəruri hallarda analoqları ilə asanlıqla əvəz oluna bilərlər.

Təmassız avtoşampunun hazırlanması üçün istehsal xətti dozator, daşıyıcı, vakuum reaktoru və yuyucu birləşmədən ibarətdir.

Avtoşampun istehsalının mərhələləri

Tərkib hissələrinin qarışdırılması

  • məhlulun qızdırılması
  • məhlulun soyudulması
  • mayələrin qablara tökülməsi

İstehsalın incəlikləri

Avtomobil şampunlarının tərkibi, “standart” məişət kimyəvi maddələrin tərkibindən fərqlənir. Belə ki, maşın üçün nəzərdə tutulmuş yuyucu vasitələrin tərkibində daha güclü və sərt maddələr var.

Bu texnoloji xəttin üstünlüyü – təmassız yuyulma üçün avtomobil şampununun istehsalı üçün nəzərdə tutulan avadanlıq, əlavə olaraq şüşə təmizləyən vasitələr və soyuducu avto məhlullar istehsal edə bilər.

 

 

Rəy bildir

Please enter your comment!
Please enter your name here