“Forbes” jurnalı avtopilot funksiyası olan ən ucuz avtomobillərin adlarını açıqlayıb. Amerika bazarında dəyəri 30 min dollardan aşağı olan 14 belə model var.
“Report” xəbər verir ki, onların içərisində ən ucuz əldə edilə bilən avtomobil uyğun kruiz-nəzarət, hərəkət zolağı nəzarəti və piyadaların tanınması funksiyası ilə təchiz edilən “Toyota Corolla”dır. Onun minimal dəyəri 20 min dollardır.
Siyahıda ikinci yeri “Honda Civic” (21,4 min dollar), üçüncü yeri isə “Kia Forte” (21,6 min dollar) tutur.
Siyahıya həmçinin “Toyota Prius”, “Nissan Sentra”, “Honda Accord”, “Toyota RAV4”, “Subaru Legacy” daxil olub.
Bundan əlavə, reytinqdə “Mazda CX-3”, “Subaru Impreza”, “Mazda CX-5”, “Hyundai Elantra”, “Honda CR-V” və “Toyota Prius Prime” modelləri də var.