Avtomobil qiymətinə olan Samsung telefonu Azərbaycanda

Date:

Paylaş:

“Samsung”un ən son modellərindən olan “Galaxy Fold (SM-F900)” Azərbaycan bazarına çıxarılıb.

Telefon hələlik yalnız İrşad Electronics-in mağazalarında satışdadır. Baku Electronics-in saytında telefon haqqında bölmə açılsa da, qiyməti və xüsusiyyətləri haqqında məlumat verilmir. Mağazadan isə bildirilib ki, telefon satışda deyil.

Qeyd edək ki, telefon həvəskarlarının səbirsizliklə gözlədiyi model Azərbaycanda 4999 manata təklif edilir.

7,3 düymlük qatlanan ekrana sahib smarfton Android 9.0 (Pie) ilə çalışır. Operativ yaddaşı 12, daxili yaddaşı 512 GB ölçüyə malikdir. Smartfon yaddaş kartını dəstəkləmir. Arxasında müvafiq olaraq 12, 12, 16 Mp ölçüdə 3 kamera var. Ön hissədə də ölçüləri 10, 8, 10 Mp olan eyni sayda kamera var. Akkumulyatorun həcmi isə 4380 mAs-dır.

8 nüvəli Qualcomm SM8150 Snapdragon 855 (7 nm) prosessoru ilə təchiz olunan telefonda barmaq izi oxuyucu, NFC texnologiyaları mövcuddur. Cihazın ağırlığı 263 q təşkil edir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...