Əsas səhifə Biznes Seçilmiş Avtomatik ipləməyə malik idman ayaqqabıları

Avtomatik ipləməyə malik idman ayaqqabıları

499
Paylaş

Onlar məşq zamanı ayaqlarda baş verən dəyişiklərə reaksiya verirlər.
Nike şirkəti Adapt BB “ağıllı” idman ayaqqabısını təqdim edib. Texnologiya haqqında şirkət öz blogunda yazır.

Bu idman ayaqqabısında ənənəvi ipləmə yoxdur. Bunun əvəzində ayaqqabını ayağın ölçülərinə uyğun xüsusi proqram və ya düymələr vasitəsi ilə tənzimləmək mümkündür. Düymələr ayaqqabının altında yerləşdirilmişdir.
İlk növbədə, bu ayaqqabı, basketbol idman növü üçün nəzərdə tutulub. Oyun zamanı ayaq ölçüləri dəyişdiyinə görə, idmançıların formasını dəyişə biləcək ayaqqabıya ehtiyacları var.