Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Avstriya hökuməti Google və Facebook üçün yeni vergi tətbiq edir

Avstriya hökuməti Google və Facebook üçün yeni vergi tətbiq edir

208
Paylaş

Avstriya hökuməti böyük rəqəmsal müəssisələr üçün yeni vergi tətbiq edəcək. Bu barədə Avstriya kansleri Sebastyan Kurtz öz Twitter səhifəsində bildirib.

“Avstriya Google və ya Facebook kimi rəqəmsal nəhənglər üçün milli vergi tətbiq edəcək, burada əsas məqsəd ədaləti təmin etməkdir”, – deyə 2 aprel tarixində Kurtz yazıb.

Avstriyanın maliyyə naziri olan Hartwig Löger, ORF radiosunda martın 2-də ölkədə  verginin illik gəliri 750 milyon avrodan çox olan şirkətlər üçün nəzərdə tutulduğunu bildirmişdir.  5%-lik gəlir vergisi 2020-ci ildən qüvvəyə minəcək.