Onlar həftədə dörd gün işləyirlər, lakin beşgünlük maaş alırlar.
BBC Avstraliyanın marketinq agentliyinin təcrübəsindən danışıb, belə ki, o, dörd günlük iş həftəsinə keçib. Şirkətin əməkdaşları demək olar, artıq bir ildir ki, şənbə, bazar və çərşənbə günləri istirahət edirlər.
“Versa”-nın əməkdaşları çərşənbə gününə görüşlər planlaşdırmırlar, lakin əgər müştərinin təcili sifarişi olarsa, o zaman şirkətdən zəngə cavab verilir. BBC ilə söhbətində şirkətin iki top-meneceri bildirib ki, onlar pasxa bayramı tətilində müştərilərin işçi layihələri üzərində çalışıblar.
“Versa” dörd günlük iş həftəsinə 2018-ci ilin iyulunda keçib.O zamandan bəri şirkətin gəlirləri 46% artıb, işçilərsə daha az xəstəlik icazəsi götürməyə başlayıblar. Layihənin təşəbbüskarı Kett Blackham vurğulayıb ki, şirkətin gəliri qrafikə görə deyil, şirkətin yaxşı işləməsinə görədir.
Blackham-ın sözlərinə görə, o, dörd günlük iş həftəsinin, hər kəsin artıqlaması ilə işlədiyi xidmət sənayesinə də uyğun gəldiyini sübut edə biləcəyinə ümid edib.
Blackham şənbə və bazar günlərindən başqa bir istirahət günü qrafikə əlavə etməyə qorxub ki, belə olan halda birdən işçilər daha əlavə istirahət tələb etmiş olarlar. Əməkdaşlar özləri artıq istirahət gününü təyin etdikdən sonra, “Versa”-nın müştəriləri şirkətin iş qrafikinə görə çaşqınlıq yaşayıblar. Buna görə də Blackham çərşənbə gününü seçib.
2018-ci ildə dörd günlük iş həftəsi təcrübəsindən Yeni Zellandiyanın “Perpetual Guardian” şirkətinin rəhbəri danışıb. Blackham da, Barnes də BBC –yə açıqlama veriblər ki, digər rəhbərlər onların bu ideyasını dəstkləyiblər, lakin bildiriblər ki, bu, onların şirkətləri üçün keçərli deyil.