Avstraliyanın aviasiya şirkəti 19 saatlıq uçuş həyata keçirəcək

Date:

Paylaş:

Avstraliyanın “Qantas Hava Yolları” şirkəti aviasiya tarixində ən uzun kommersiya uçuşunun sınaqlarına başlayıb.

Bu barədə xarici mətbuata istinadən xəbər verilir.

Məlumata görə, aviaşirkətə məxsus “Boeing 787-9 Dreamliner” markalı sərnişin təyyarəsi Böyük Britaniyanın paytaxtı Londondan Avstraliyanın Sidney şəhərinə 19 saatlıq uçuş həyata keçirəcək. Hitrou Beynəlxalq Hava Limanından qalxacaq avialayner 100 ton yanacaqla, 17 800 km yol gedəcək və 50 sərnişin daşıyacaq. 4 pilotun həyata keçirəcəyi uçuşda Avropa ölkələrinin, Rusiya, Qazaxıstan və Çinin hava məkanından istifadə olunacaq.

Səyyahət zamanı mütəxəssislər uçuşun pilotlar və təyyarə bələdçilərinə, eləcə də sərnişinlərə təsirini müşahidə edəcəklər. Təyyarənin istehsalçısı olan ABŞ-ın “Boeing” şirkəti isə uçuş barədə əldə olunacaq məlumatları təhlil edəcək.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...