Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Avrozonada işsizlik səviyyəsi azalıb

Avrozonada işsizlik səviyyəsi azalıb

67
Paylaş

Avronu vahid valyuta kimi qəbul etmiş 19 ölkədə (avrozona) işsizlik səviyyəsi bu ilin avqust ayının yekununda 7,4% təşkil edib ki, bu da iyul ayına nisbətən 0,1 faiz bəndi azdır.

Bu barədə Avropa Statistika İdarəsi (“Eurostat”) məlumat yayıb.

Məlumata görə, hazırda avrozonada işsizlik səviyyəsi 2008-ci ilin may ayından bəri ən aşağı həddədir.

Avropa İttifaqına (Aİ) daxil olan 27 ölkədə isə işsizlik səviyyəsi avqustun sonunda 6,3% olub. Bu da iyul ayı ilə müqayisədə 0,1 faiz bəndi azdır.

Sentyabrın 1-nə Aİ-də işsiz vətəndaşların sayı 15,432 milyon nəfər olub ki, bunun da 12,169 milyon nəfəri avrozonada yaşayır. Bu rəqəmlər yaşı 25-ə qədər olanlar üzrə müvafiq olaraq  3,138 milyon nəfər və 2,202 milyon nəfərdir.

Hazırda Aİ-də ən aşağı işsizlik səviyyəsi Çexiyada (2%), Almaniyada (3,1%), həmçinin Malta və Polşada (3,3%), ən yüksək işsizlik səviyyəsi isə Yunanıstanda (17%) və İspaniyada (13,8%) qeydə alınıb.