Əsas səhifə Biznes Avropanın 10 başlıca fintex akseleratorları

Avropanın 10 başlıca fintex akseleratorları

1233
Paylaş
Start-upların sürətləndirilməsi dedikdə, start-uplar üçün münbit mühit yaradan, təsisçiləri dəstəkləyən və onlara öz ideyalarını uğurlu start-upa çevirməyə kömək edən proqramlar nəzərdə tutulur. Avropada maliyyə texnologiyaları sahəsində belə proqramların geniş seçimi mövcuddur. Sizə onların ilk 10-luğunu təqdim edirik.

Seedcamp

2007-ci ildə əsası qoyulan, britaniyalı vençur akselerator innovativ avropa startupları üçün ilkin kapital investisiyaları təklif edir. Öz fəaliyyəti illəri ərzində Seedcamp 200-dən artıq kompaniyaya dəstək olub. Bu kompaniyaların 91%-i gələcək maliyyələşmə üçün $350 milyon və daha yüksək vəsait cəlb etməyə müəssər olub.

Startupbootcamp

Startupbootcamp –  Avropa akselerator proqramıdır, onların layihələri hər il Amsterdam, Berlin, Kopenhagen və Xayfedə keçirilir.

Maliyyə texnologiyaları sahəsində ixtisaslaşanlar üçün isə Startupbootcamp akseleratorunun proqramları Sinqapur, Nyu-York ə Londonda baş tutur. Londonda proqram üç ay davam edir. Bu müddət ərzində iştirakçılar 400-dən çox mentor, tərəfdaş və investor ilə əməkdaşlıq etmək etmək, öz məhsullarını hazırlamaq, həmçinin Avropa, ABŞ, Asiya-Sakit okean regionun maliyyə bazarlarına çıxış əldi etmək imkanı qazanır, onlara €15000 nağd, partnyorların €450000 civarında xidmətləri və 200-dən çox biznes- angel və vençur fondlarına çıxış şansı yaradılır.

Level39

Level39 özünü Avropada maliyyə, pərakəndə ticarət, ağıllı şəhər sistemləri və kiber-təhlükəsizlik sahəsində texnologiyalar hazırlayan şirkətlər üçün xidmət göstərən ən böyük akselerator kimi pozisiya edir. Canary Wharf Group korporasiyası tərəfindən yaradılan və Erik van der Kleyin rəhbərliyi alında fəaliyyət göstərən akselerator, 2013-cü ilin əvvəlində Londonun meri Boris Conson tərəfindən açılmış və qısa müddətdə Tech City texnoloji qrupunun vacib hissələrindən birinə çevrilmişdir.

Yaradıldığı gündən Level39 1000-dən çox tədbirə ev sahibliyi etmiş, 90000-dən çox ziyarətçi və saysız-hesab beynəlxalq təşkilatlar və maliyyə strukturlarını qonaq qəbul etmişdir.

Barclays Accelerator

Techstarsın dəstəyi ilə çalışan Barclays Accelerator, ilk növbədə maliyyə texnologiyaları sahəsindən olan şirkətlər ilə çalışır və dörd şəhərdə proqramlar keçirir: Nyur-York, London, Keyptaun və Təl-Əviv.

13-aylıq proqram iş adamlarının öz bizneslərinin inkişafını sürətləndirməsi üçün nəzərdə tutullub. Bu zaman həm Britaniyanın Barclays bankının köməyi, həmçinin maliyyə sahəsində ən peşəkar komandanın mentor dəstəyi öz sözünü demiş olur.

Startuplar Techstars-dan $120000, həmçinin partnyorların xidmətləri qismində dəstək əldə etmiş olur.

Fintech Innovation Lab

Accenture kompaniyasının dəstəyi ilə  yaradılmış, Fintech Innovation Lab proqramının gedişində, öz fəaliyyətlərinin başlanğıc fazasında olan startuplar öz işlərini inkişaf etdirmək, sürətləndirmək, mükəmməlləşdirmək  və dünyanın nəhəng bankları ilə birlikdə öz məhsullarının üstünlüklərini nümayiş etdirmək şansı qazanırlar.

12 həftəlik mentor proqramı, London, Honkonq və Nyu- Yorkda keçirilir.

Axel Springer Plug and Play Accelerator

2013-cü ildə işə salınmış Berlinli akselerator Axel Springer Plug and Play master-klasslar keçirir, maliyyələşdirmə və yeni rəqəmsal texnologiyalar yaradan iş adamları üçün konsultasiya və mentorluq xidmətləri də təqdim edir.

Üç aylıq proqram çərçivəsində startuplar Berlnin mərkəzində ofis, lazımı kontaktlar və €25000 əldə edir. Proqramın son günündə isə iştirakçılar üçün nümayiş günü təşkil olunur və bu zaman onlar öz məhsullarını Avropadan və ya xaricdən olan ən güclü vençur fondlara nümayiş etdirmək imkanı qazanır, məqsəd isə lazım olan əlavə kapitalın və ya A seriyasından olan investisiyaların cəlb edilməsidir.

LAUNCHub

LAUNCHub –ilkin investisiyalar fondudur, o Cənub və Şərqi Avropanın ən perspektivli iş adamlarını və staruplarını dəstəkləyir. LAUNCHub €30000 – €200000 civarında maliyyə dəstəyi verə bilir.

2012-ci ildə fəaliyyətə baladığı dövrdən, . LAUNCHubCənub Şərqi Avropa ölkələrindən 6- startupa €7,5 milyondan çox vəsait yatırım edib. Bu ölkələr içərisində Bolqarıstan, Rumıniya, Makedoniya, Xorvatiya, Sloveniya, Ukrayna, Avstriya və İsveçrə yer alıb.

FINTECH Circle

Londonda olan  FINTECH Circle akseleratoru ilə biznes-angel investorları, maliyyə və texnologiya sferasından olan top menecerlər və iş adamları əmkdaşlıq edir.  Proqramın əsas missiyası – qrupun ümumi resursları, təcrübə və əlaqələrdən istifadə etməklə, maliyyə texnologiyalarına daha səmərəli investisiyalar etməkdir.

FINTECH Circle proqramının bir şirkətə təklif etdiyi yardım orta hesabla £75000 – £500000 arasında dəyişə bilər. Əgər investisiyanın həcmini artırmaq tələb olunursa, onda partnyor-təşkilatlar ilə əməkdaşlıq sayəsində bunu etmək mümkündür.

Fusion Fintech

Fusion – İsveçrədə ilk növbədə maliyyə texnologiyaları  sektoru üzrə işləyib-ixtisaslaşan ilk akseleratordur. O, Jenevada yerləşir və hər il dünyada ona yaxın fintex startupını 12 aylıq proqramda iştirak üçün seçir. Seçilmiş startuplar sponsorlardan və sektorun nəhənglərindən mentor dəstəyi, həmçinin test mərhələləri, məlumatların toplanması və müştərilərin cəlb edilməsi ilə bağlı da kömək alırlar.

SIX Fintech Incubator F10

SIX Fintech Incubator F10 – avqust ayında SIX kompaniyası tərəfindən innovasiyaların inkişafını dəstəkləmək üçün açılıb.

F10 komandası startaplarla əməkdaşlıq sayəsində yeni inovativ ekosistem qura bilib və ona ən yaxşı personal, bilik, infrastruktur və ictimaiyyəti cəlb edib, məqsəd isə İsveçrənin maliyyə texnologiyalarının inkişafına kömək etmək və bu sahədə çalışan SIX kompaniyası üçün yeni texnologiyalar tərtib etməkdir.

©banco.az