Avropanın ən zəngin insanı Fransız iş adamı Bernard Arnault, Jeff Bezos və Bill Gate-dən sonra dünyada 100 milyard dolların üzərində sərvətə malik üçüncü adam olub.
Dünyanın ən böyük lüks məhsul şirkətlərindən “LVMH”in idarə heyətinin sədri Arnaultnun sərvəti, şirkətin səhmləri 2.9 faiz bahalaşaraq 368.80 avroya qalxması ilə 100 milyard dolları aşıb.
Arnaultnın sərvəti bu il 32 milyard dollar ilə “Bloomberg Milyarderlər İndeksi”ndə ən çox artımı qeyd edib.