Əsas səhifə Biznes Avropanın ən çox qazanan ulduzları

Avropanın ən çox qazanan ulduzları

511
Paylaş

Amerikanın “Forbes” jurnalı 2017-ci ildə Avropanın ən çox gəlir əldə edən ulduzlarının siyahısını açıqlayıb.

Oxu.Az xəbər verir ki, birinci yerdə britaniyalı yazıçı Coan Roulinq qərarlaşıb. O, il ərzində 95 milyon dollar qazanıb. İkinci yerin sahibi portuqaliyalı futbolçu Kriştianu Ronaldudur. Onun gəliri 93 milyon dollar təşkil edib. Üç və dördüncü pillələri britaniyalı ulduzlar – “Coldplay” musiqi qrupu (88 milyon dollar) və müğənni Adel (69 milyon dollar) bölüşürlər.

Tennisçi Rocer Federer siyahıda beçincidir. Onun illik qazancı 64 milyon dollar olub.

Növbəti pillələri 60 milyon dollar qazancla musiqiçi Elton Con və aşpaz Qordon Ramzi tutur. Musiqiçi Pol Makkartini 54 milyon dollar gəlirlə səkkizincidir.

Siyahını qolfçu Rori Makilroy və dicey Kelvin Harris tamamlayır.