Əsas səhifə Startup Avropanın ən bahalı fintech-startapı IPO keçirmək istəyir

Avropanın ən bahalı fintech-startapı IPO keçirmək istəyir

142
Paylaş

İsveçin Klarna ödəmə startapı yaxın bir və ya iki ilə IPO-ya çıxmağı planlaşdırır. Bu barədə şirkətin baş direktoru Berlində müsahibəsi zamanı bildirib. Klarna startapı hal-hazırda Avropanın ən bahalısı hesab olunur. Ona  repçi Snoop Dogg və reteyler H&M yatırım ediblər.

“İPO yəqin ki, ABŞ-da keçiriləcək, çünki orada bizim kimi texnoloji şirkətləri daha yaxşı başa düşürlər. ABŞ həm də bir-iki ilə bizim ən iri bazarımız ola bilər”, direktor bildirib. İPO-ya kimi şirkət daha bir investisiya raundu keçirə bilər.

Qeyd edək ki, Klarna fintech-startapı avqustda investisiya raundundan sonra 5,5 mlrd. dollar dəyərləndirilməklə ən bahalı olub.

Hal-hazırda Klarna ilhaqlar (birləşdirilmə) hesabına genişlənir. Baş direktor bildirib ki, şirkət Avropada müqaviləyə hazırlaşır və iki həftə bundan qabaq ABŞ-da birini imzalayıb. Amma rəhbər razılıq imzaladığı şirkətlərin adlarını açıqlamaqdan imtina edib. Klarna-nın bu vaxta kimi ən böyük qazancı Almaniyanın Sofort ödəmə sistemi olub. Onu  2013-cü ildə 150 mln. dollara alıb.

Almaniya Klarna üçün ən iri bazar olaraq qalmaqdadır və şirkət Berlində ştatı iki dəfə artırıb 500 nəfərə kimi çatdırmağı planlaşdırır.