Avropada kauçuk qadağan edilib. Kosmetika bazarı üçün faciə

Date:

Paylaş:

Balinalar və insanlar sağlam olacaqlar

Ötən həftə bir çox balinalar rahat nəfəs ala biliblər. Aİ hökuməti istehsalçılara öz məhsullarında demək olar ki, mövcud olan bütün mikroplastik materiallardan istifadə etməyi qadağan etmişdir.

Sintetik polimer hissəcikləri, bir çox əşyaların tərkibinə daxildir: paltar və yuyucu tozdan tutmuş saqqıza qədər. Mikroplastik parçalanmır və süzülmür, o, insan və heyvanların orqanizmində toplanır.

Yeni qanunun əsas qurbanlarından biri, kosmetika sənayesi olacaqdır. Kosmetika istehsal edən şirkətlər, mikroplastik materiallarının bioloji analoqunu axtarmaq məcburiyyəti qarşısında qalacaqlar. Bu, istehsalçılara illik 12 milyard avro zərər verəcək və bütün sənayenin yenidən qurulmasına səbəb olacaq.

Hər bir kəs mikroplastik materiallara nifrət edir

Bir qədər əvvəl qlobal çirklənmənin ən qorxulu simvolu, Sakit okean zibilxanası olmuşdur. Hesablamalara görə, onun sahəsi 1-3,5 mln. km2 təşkil edir. Bu, Texas ştatının ərazisinə bərabərdir.

Dünya üzrə istehsal olunan plastikin cəmi 20%-i emal olunur, qalan kütlələr tam parçalanmaya qədər hələ 400 il sürünəcəklər. Avropa Parlamenti çirklənmənin səviyyəsini azaltmaq məqsədilə, Aİ ərazisində birdəfəlik istifadə üçün nəzərdə tutulmuş qab-qacaq, içki içmək ucun borular və pambıq çubuqlarını qadağan edib.

Buna baxmayaraq, ekoloqların ehtiyat etdiyi materiallardan biri də mikroplastikdir.  Dünya okeanında mikroplastikin miqdarı, Sakit okeandakı zibilxanadan 6 dəfə çoxdur.

Qeyd edək ki, mikroplastikin bir hissəciyi düyü dənəciyi boydadır, ən kiçiyi isə nanometrdən də kiçikdir. Qida və su ilə mikroplastik insan toxumasına nüfuz edir və orqanlarda çökür. Onlarla birgə sintetik boyalar, pestisidlər və digər zəhərli maddələr bədənə daxil olurlar. Mikroplastikin yığılması bağırsağın iltihabına səbəb ola bilər və reproduktiv funksiyaya təsir göstərə bilər.

Mikroplastikin süzülməsi demək olar ki, mümkün deyil. Amerikanın qeyri-kommersiya təşkilatı olan Orb-in tədqiqatçıları, İndoneziya və Uqanda kəndlərinin sənaye bölgələrindən ABŞ Konqresinin binasına qədər toplanan su nümunələrinin 94% -də mikroplastik lifləri tapıblar. Təhlükəli məhlullar hətta Trump-Tower su təchizatı sistemlərində belə tapılmışdı. Xatırladaq ki, burada bir mənzilin qiyməti 12 milyon dollar təşkil edir. ABŞ-ın Ətraf Mühitin Mühafizəsi Agentliyi də burada yerləşir. Hesab edilir ki, ən təmiz su İngiltərə, Almaniya və Fransadadır. Lakin, burada da hətta nümunələrin 72% -də mikroplastik aşkar edilmişdir.

Plastik suda olduğu halda, qidada da olur. Belə ki, balıqlar və digər dəniz heyvanları hiss etmədən mikroplastiki udurlar. Almaniyalı alimlər, ölkənin ərazisində satılan pivənin 24 markasından nümunə götürərək, tədqiqat aparmışlar. Onların hər birində mikroplastik hissəciklər aşkar edilmişdir.

Mikroplastiklə çirklənmənin əsas mənbələrindən biri də sintetik geyimdir. Mikroplastik hissəciklər paltarları yuyarkən suya düşürlər. Birləşmiş Krallığın alimləri hesab edirlər ki, ölkədə satılan bütün geyimlərin təxminən 2/3 hissəsi sintetik materiallardan ibarət olduğunu nəzərə alsaq, bir il ərzində çirkab sulara 5,900 ton mikroplastik sərbəst buraxılır.

Tədqiqatçılar ehtiyat edirlər ki, 2050-ci ilə qədər dünya okeanındakı plastikin miqdarı, dəniz canlıların miqdarından çox olacaqdır.

Mikroplastiklə nəfəs alırıq. O, avtomobil şinlərinin yola sürtünməsi zamanı havaya daxil olur. Təxminən 100 km qət etmiş sürücü, havaya 20 g plastik birləşmələrin daxil olmasına səbəb olur. Paris balkonları və pəncərələrində hər il 10 tona qədər  plastik tozu çökür.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...