Əsas səhifə Biznes sahələri Avtomobil Avropada ən çox tanınan avtomobillərin adları açıqlanıb

Avropada ən çox tanınan avtomobillərin adları açıqlanıb

147
Paylaş

Minik avtomobilləri arasında liderliyi Volkswagen Golf qoruyub saxlayır. Onun satışları ötən illə müqayisədə 17,5% azalıb və iyul ayı üçün 32,2 min satış sayı göstərir.

Bu barədə JATO Dynamics şirkətinin mütəxəssisləri xəbər verirlər.

Volkswagen ikinci ən yaxşı satılan Polo sedanı ilə reytinqdə ikinci yeri tutur. Keçən ay Avropada 21,2 min Polo satılıb, lakin satışlar nəzərə çarpan dərəcədə azalıb – 22,3%.

Üçüncü yerdə isə Rumıniyada istehsal olunan yeni  Dacia Sandero avtomobili gəlir. Bu maşınlara olan tələbat 22,3% artıb və  iyul ayı üzrə 20,8 min model satılıb.

Sandero-dan sonra 20 min avtomobil  və ya 23,9% satış nəticəsi ilə Renault Clio və artıq üçüncü Volkswagen avtomobili krossover Tiguan gəlir. Onun tirajı 19,6 min nümunə olub və ona olan tələb 13,5% azalıb.

Avropada ən çox satılan avtomobillərin ikinci beşliyinə Opel/Vauxhall Corsa (19,3 min ədəd + 28,3%), Skoda Octavia (19,1 min ədəd + 7,3%), Ford Fiesta (18,1 min ədəd -12,3%), Nissan Qashqai (17,8 min ədəd -18,1%) və Volkswagen T-Roc (17,7 min ədəd + 19,5%) daxildir.