Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər Avropa Komissiyası “MasterCard”- ı cərimələyib

Avropa Komissiyası “MasterCard”- ı cərimələyib

232
Paylaş

Avropa Komissiyası (AK) “MasterCard” ödəmə sisteminə Avropa bazarındakı üstün mövqeyindən sui-istifadə hallarına yol verdiyi üçün cərimə tətbiq edib.

“Bizplus.az” xəbər verir ki, bu barədə AK-nın bəyanatında göstərilir.

“Avropa Komissiyası “MasterCard” ödəmə sistemini bazardakı üstün mövqeyindən sui-istifadə hallarına, Avropa biznes qurumları üçün vahid bazar daxilindəki alternativ və daha sərfəli xidmətlərdən yararlanmaq imkanlarını məhdudlaşdırdığına görə 570,567 milyon avro məbləğində cərimələyib”, – bəyanatda deyilir.