Avropa İttifaqı şirkəti Azərbaycan iqtisadiyyatına 33 milyard dollar investisiya qoyub

Date:

Paylaş:

“Bu gün keçirilən Avropa İttifaqı (Aİ) – Azərbaycan biznes-forumunda 1 000-ə yaxın iş adamı iştirak edir”.

Bunu tədbirdə çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Bundan başqa, nazirin sözlərinə görə, hazırda ölkədə 1 600-dən çox Aİ şirkəti fəaliyyət göstərir. İndiyə qədər bu şirkətlər Azərbaycan iqtisadiyyatına 33 milyard dollar investisiya qoyub. Azərbaycan isə Aİ ölkələrinin iqtisadiyyatına 15 milyard dollar investisiya yatırıb.

“Aİ-nın Cənubi Qafqaz regionu üzrə ticarət dövriyyəsinin 78%-i Azərbaycanın payına düşür. Azərbaycanın isə xarici ticarət dövriyyəsində Aİ ölkələri 42% paya malikdir. Ötən il ticarət dövriyyəmiz 30% artıb. Qeyri-neft sektorunda Aİ bazarının böyük potensialı var”, – deyə Ş.Mustafayev qeyd edib.

Nazir Aİ ilə Azərbaycan arasında tranzit potensialı, regional layihələrin əhəmiyyəti barədə də danışıb və ötən il 9,3 milyon ton yükün daşındığını bildirib.

“Hazırda Azərbaycan Aİ ilə yeni saziş üzrə müzakirələr aparır. İnanırıq ki, bu saziş əməkdaşlığa yeni töhfə verəcək”, – deyə Ş.Mustafayev bildirib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...