Avropa Parlamentinə üzv ölkələrdə tək saat sisteminə keçilməsi ilə bağlı qanun layihəsi qəbul edilib. Avropa Parlamenti səsvermə ilə 2021-ci ilə qədər AB-də (Avropa Birliyinə üzv ölkələrdə) yay və qış saatı sisteminə son verməyə qərara alıb.
Strasburqda toplanan AB Baş Assambleyası Avropa Birliyinə üzv ölkələrdə mövcud yay və qış saat sisteminin dəyişdirilməsi ilə bağlı səsvermə keçirib. Qanun layihəsi 192-ə qarşı 410 səs ilə qəbul edilib.
Alınan qərara görə, hər üzv ölkə ildə iki dəfə saatları dəyişdirmək, daimi yay saatı sistemindən istifadə etmək, ya da daimi qış saatın sistemi arasında seçim edəcək. Və 2021-ci ildən etibarən mövsümü saat sisteminə son veriləcək. AB üzv ölkələrdə hər il mart ayının son bazar günü saatlar bir saat irəli çəkilir. Oktyabr ayının son bazar günü isə bir saat geri alınır.
Azərbaycan, Rusiya, Türkiyə mövsümi saaat sistemindən imtina etmişdi
Rusiya yay saat sisteminə 2011-ci ildə keçib. Amma gələn şikayətlər əsasında, üç il sonra onun tətbiqindən imtina edildi və qış saat sisteminə keçildi.
Türkiyədə isə 1972-ci ildən 2016-ci ilə qədər mövsümi saat sistemi davam edib. Davamlı yay saatı sistemindən istifadəyə keçildi. Bununla Türkiyə ilə AB arasında saat fərqi qışda 2 saata yüksəlir. Beləliklə, AB-nin aldığı yeni qərarla, artıq aradakı saat fərqi mövsümlərə görə fərqlənməyəcək.
Azərbaycanda isə Nazirlər Kabinetinin 17 mart 2016-cı il tarixli qərarına əsasən, ölkə ərazisində yay vaxtına keçid ləğv olunub.