Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Avrokomissiya Qualcomm-u süni qiymət azaldılmasına görə cərimə edib

Avrokomissiya Qualcomm-u süni qiymət azaldılmasına görə cərimə edib

88
Paylaş
Qualcomm
Qualcomm

Qualcomm-un 2009-2011-ci illər siyasəti İcera şirkətin alınmasına, daha sonra isə bağlanmasına gətirib çıxarıb, tənzimləyici aydınlıq gətirib.

Bloomberg yazır ki, Avrobirliyin antimonopoliya tənzimləyicisi Qualcomm-u 272 milyon dollar cərimə edib. Belə ki, istehsalçı 2009-2011-ci illərdə 3G-modemlər üçün dəyərindən aşağı qiymətə çiplər satıb.

Tənzimləyiciyə görə, Qualcomm rəqibi İcera təchizatçısını bazardan çıxarmaq üçün məhsulları aşağı qiymətlərlə satıb.

Nəticədə, 2011-ci ildə Nvidia İcera-nı 367 milyon dollara alır, 2015-ci ildə isə onu bağlayır.

Cərimə Qualcomm-un 2018-ci il üzrə dövriyyəsinin 1,27%-ni təşkil edir.

2018-ci ildə Avrobirliyin antimonopoliya tənzimləyicisi Qualcomm-u 1,23 milyard dollar cərimə edib. Səbəbi Qualcomm-la Apple arasında olan xüsusi əməliyyatdır və belə ki, buna görə çip istehsalçısı bazarda monopolist olub. Tənzimləyici aydınlıq gətirərək deyib ki, Qualcomm Apple-a “milyardlarla dollarlar” ödəyib ki, tərəfdaşı, öz cihazları üçün digər təchizatçılardan mikroçiplər almasın.