Cənubi Koreya prokurorluğu “Korean air” hava şirkəti Direktorlar Şurasının sədri Ço Yan Xonun həbs edilməsi barədə order verib.
“TASS”a istinadən, o, aviaşirkətinin 18 milyon dollar məbləğədək vəsaitini mənimsəməkdə, 45 milyon dollar məbləğədək vergidən yayınmaqda ittiham olunur.
Prokurorluqdan bildirilib ki, Ço Yan Xo xarici banklarda bir milyon dollaradək məbləği gizlədib. O, ailəsinə göstərilən hüquqi məsləhət xidmətinin aivaşirkətin hesabına ödəməkdə şübhəli bilinir.