Əsas səhifə Xəbərlər Biznes xəbərləri Aviaşirkət rəhbəri həbs edilib

Aviaşirkət rəhbəri həbs edilib

125
Cho Yang-ho, Seoul, Cənubi Koreya, iyunun 28-i, 2018. REUTERS/Kim Hong-Ji

Cənubi Koreya prokurorluğu “Korean air” hava şirkəti Direktorlar Şurasının sədri Ço Yan Xonun həbs edilməsi barədə order verib.

“TASS”a istinadən, o, aviaşirkətinin 18 milyon dollar məbləğədək vəsaitini mənimsəməkdə, 45 milyon dollar məbləğədək vergidən yayınmaqda ittiham olunur.

Prokurorluqdan bildirilib ki, Ço Yan Xo xarici banklarda bir milyon dollaradək məbləği gizlədib. O, ailəsinə göstərilən hüquqi məsləhət xidmətinin aivaşirkətin hesabına ödəməkdə şübhəli bilinir.