“Avast” istifadəçilərin internet fəaliyyəti ilə bağlı məlumatları satırmış

Date:

Paylaş:

Çexiyanın antivirus proqramçısı Avast 2013-cü ildən bəri istifadəçilərin internet fəaliyyəti barədə məlumatları toplayıb üçüncü tərəflərə satır. Bu barədə Forbes yazır.

Forbes qeyd edir ki, Avast-ın təxminən 400 milyon istifadəçisi var. Onun baş direktoru aydınlıq gətirərək bildirib ki, burada söhbət gizli məlumatların satışından getmir.

Onun sözlərinə görə, Avast istifadəçilərin aktivliyinə brauzer genişlənməsinin köməyi ilə nəzarət edir. Sonra məlumat Jumpshot şirkəti tərəfindən təhlil edilir.

Müştərilərə çatan məlumatlar – bir saytdan digərinə keçmiş istifadəçilərin say faizi kimi məlumatlardır. Forbes deyir ki, belə məlumatlar reklam şirkətlərinə nəzarət etmək üçün faydalıdır.

Jumpshot saytında deyilir ki, mütəxəssislər istifadəçilərin nəyi axtarışa vermələri, müəyyən məhsul və ya brendlə necə qarşılıqlı fəaliyyətdə olmaları, nə aldıqları barədə ətraflı məlumatlar təqdim edə bilərlər. Məlumatlar ölkə, kateqoriya və ya domen üzrə təqdim edilir.

Qeyd edək ki, Avast-ın rəhbərinin sözlərinə görə, internet fəaliyyətlə bağlı məlumatların satışı ümumi gəlirdən təxminən 5% gətirir. Forbes bildirir ki, 2019-cu ilin ilk altı ayı ərzində şirkətin gəliri 430 mln. dollar olub.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...