ABŞ-da bir ata autist qızı və kimi olan dostlarının rahatlıqla oyun oynaya bilməsi üçün 51 milyon dollar dəyərində əyləncə parkı qurub.
Texasda yaşayan Gordon Hartmanın bu layihəsi autistlər üçün mükəmməl bir yerdir.
Hər kəsin daxil ola biləcəyi və girişi pulsuz olan bu parka dünyanın hər yerindən turistlər gəlir. 2010-cu ildə Gordon Morganın Möcüzələr Diyarı adlı parka da 34 milyon dollar xərcləmişdi.
Maraqlı məqamlardan biri də odur ki, bu parkın işçilərinin üçdə biri autistlərdir.