Audi şirkəti ilk dəfə onlayn satışlarına başlayacaq

Date:

Paylaş:

Audi şirkəti ilk dəfə olaraq, diler mərkəzinə baş çəkmədən avtomobili almaq imkanı təklif edəcəkdir. Bu ilin 5 iyun tarixindən başlayaraq markanın alman saytında Audi TT modelinin Quantum Gray Edition adlı eksklyuziv versiyasının onlayn satışlarına başlanacaqdır. Avtomobilin qiyməti 62305,03 avro təşkil edəcəkdir.

Pilot layihəsi, Audi şirkətinin 2017-ci ilin payızından başlayaraq ikinci əl avtomobillərinin onlayn satışı üçün istifadə etdiyi platformada həyata keçiriləcəkdir.  Onlayn şəkildə satılacaq Audi TT Quantum Gray Edition modeli diler mərkəzlərində sifarişi mümkün olmayan xüsusi dekor və təchizata malikdir. Sayt vasitəsilə alıcı avtomobilin qeydə alınması üçün ərizəni yerləşdirə və onu satın almaq üçün təklif edilən maliyyələşdirmə paroqramlarından birini seçə bilər. Müştərinin arzusu ilə avtomobili Almaniyanın istənilən nöqtəsinə çatıdırıla bilər.

 

Onlayn alış zamanı müştəriyə xüsusi məsləhətçi yardım edəcəkdir. Müştərinin tələbi ilə o, real vaxt rejimində avtomobilin salonunu və ya digər hissələrini müştəriyə göstərə bilər.  Bununla bərabər, diler mərkəzləri əvvəlki kimi istehsalçı üçün xüsusi əhəmiyyət daşıyacaqdırlar. Diler mərkəzləri onlayn şou-rumların ayrılmaz hissəsi olacaqdırlar. Gözlənilənə görə, onlayn şou-rumlar Audi şirkətinə təklif edilən modellərin sayını artırmaq imkanı verəcəkdir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...