“Audi” şirkəti “Barselona”nın futbolçularından avtomobillərini qaytarmalarını tələb edir

Date:

Paylaş:

“Audi” şirkəti İspaniyanın “Barselona” klubu ilə əməkdaşlığı dayandırıb.

Kataloniya təmsilçisi ilə müqavilə iyunun 30-da başa çatıb. Bundan sonra Almaniya avtomobil şirkəti “Barsa”nın oyunçularından konsernin avtomobillərini qaytarmalarını xahiş edib. Həmin maşınlar sponsorluq sözləşməsinin qüvvədə olduğu müddətdə futbolçulara pulsuz təqdim olunmuşdu.

Klub Asiya turundan qayıtdıqdan sonra avtomobilləri geri verməlidir. “Volkswagen Group”a daxil olan şirkət komandanın futbolçularının səfərlər zamanı rəqib şirkətinin maşınlarından həddən artıq yararlanmalarından narazı qalıb.

Qeyd edək ki, “Barselona” iyulun 27-də Yaponiya “Vissel Kobe”si ilə yoldaşlıq görüşü keçirəcək. Hazırda “Vissel Kobe”də Kataloniya komandasının sabiq futbolçusu Andreas İnyesta çıxış edir

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...