Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri “Audi” şirkəti hidrogenli avtomobillər buraxıb

“Audi” şirkəti hidrogenli avtomobillər buraxıb

149
Paylaş

“Audi” şirkəti hidrogenli avtomobillər seqmentini inkişaf etdirəcək. Marka Volkswagen AG-də bu seqmentin sürücüsü olacaq.

Bu barədə “Audi”-nin rəhbəri Brema Shotanın sözlərinə istinadən AutoCar yazıb.

İlk hidrogenli konseptin prezentasiyası artıq  hazırki 2019-cu ilə planlaşdırılıb. Perspektivdə avtomobil seriyasını kirayəyə götürmək planlaşdırılır.

“Volkswagen”də hidrogen texnologiyası ilə bağlı narahatlıq elektrik maşınları üçün akkumlyator hazırlayan elementlərin qıtlığı ilə əlaqəlidir. Bundan başqa, yerli istehsalda enerji daşlarının olmaması konserni Asiya şirkətlərindən asılı edir.

Hidrogen texnologiyasının xüsusən də uzaq məsafələrə gedəcək yük maşınları və avtobuslar üçün çoxlu üstünlükləri var. Yanacaq doldurulması enerji yığmasından daha sürətlidir.Buna görə də hidrogen texnologiyası gələcəkdə yeni impuls əldə də bilər.

Bununla yanaşı, “Volkswagen” bir neçə şirkət ilə akkumlyator istehsalı üzrə zavod yaratmağı və ümumiyyətlə elektrik maşınları sahəsində inkişafa yatırım etməyi planlaşdırır. Daha doğrusu, “Audi” maşınlarının hidrogen seriyasını yaratmaq ideyası, brend çərçivəsində, batareyalı avtodan təmamilə imtina etmək ideyasına baxanda ehtiyyat plandır.