“Audi” S8 sedanının yeni nəslini təqdim edib

Date:

Paylaş:

Audi şirkəti “bərkgedən” S8 sedanının yeni nəslini təqdim edib. Dizel mühərrikinə keçən Audi S6 və S7 modellərindən fərqli olaraq, bayraqdar sedan səkkiz silindrli benzin mühərrikini qoruyub.

Son tendensiyalara uyğun olaraq, Audi S8 modelinin kapotunun altında “yumşaq” hibrid güc qurğusu yerləşib. Bu qurğunun tərkibinə 571 at qüvvəsi və 800 Nm fırlanma anı hasil edən 4,0-litrlik benzin V8 biturbomühərriki və 48 voltluq şəbəkədən qidalanan startyor-generator daxildir. Startyor-generator həmçinin start/stop sisteminin fəaliyyətinə də cavabdehdir.

Audi S8
Audi S8

Güc aqreqatı səkkiz pilləli avtomatik qutu və quattro tam ötürməsi ilə tandemdə çalışır. S8 modeli  standart olaraq prediktiv adaptiv asqı sistemi, dönən arxa təkərlər, aktiv arxa differensialı ilə təchiz edilir. Opsiyalar arasında 21-düymlük təkər diskləri və karbon-saxsı əyləc mexanizmləri də vardır.

Audi S8
Audi S8
Audi S8
Audi S8

Zahirən yeni Audi S8 modeli A8 sedanından başqa formalı bamperləri və buraxılış sisteminin iki cütlənmiş çıxış boruları ilə seçilir. Salonda alüminiumdan və üçölçülü effektə malik olan Carbon Vector materialından hazırlanmış dekor elementləri və rombşəkilli tikişləri olan oturacaqları görmək olar.

Yeni Audi S8 modelinin Almaniyadakı satışlarına bu ilin sonunda start veriləcəkdir. Sedanın qiyməti 120 min avrodan başlayacaqdır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...