Audi şirkətini n PR-departamenti S4 modelini də dizel mühərriki ilə təchiz edib. İnqolştadt istehsalçısı ilkin olaraq dizel aqreqatı ilə SQ5 TDI krossoverini təchiz edib. Sonra bu mühərrik Audi S6 sedan və universalının, S7 Sportback liftbeknin və S5 ailəsinin mühərrik çeşidinə daxil edilib. İndi isə növbə Audi S4 sedan və universalına da çatıb.
Texniki cəhətdən Audi S4 sedan və universalı bu yaxınlarda təqdim edilmiş Audi S5 TDI modelləri ilə unifikasiya ediliblər. Hər dörd avtomobilin kapotunun altında EA897 mühərrikinin ən güclü variantı yerləşibdir: 3,0-litrlik dizel mühərriki yeni porşenlərə, sürgü qoluna, dirsəkli vala və yağlama sisteminə malik olub. Silindirlər bloku və başlığı isə soyutmanın ayrı konturları ilə təchiz edilirlər.
Bununla yanaşı, “qaynar” modellər sadə hibrid hissəyə də malikdirlər. 48-voltluq şəbəkədən qidalanan startyor-generator sürətlənmənin ilk saniyələrində yardım edir. Onun cavabdehlik sahəsinə mühərrikin yeyin işə salınması da daxildir ki, bunun sayəsində gillətmə ilə hərəkət zamanı elektronika mühərriki 40 saniyə müddətinə söndürə bilər. Əyləcləmə zamanı isə (işıqfora yaxınlaşan zaman) daxili yanacaq mühərriki artıq 22 km/saat sürətində söndürülə bilər.
Adi turbokompressora, qanadcığı 70 min dövr/dəqiqəyə qədər sürətləndirən yeddi kilovatlıq mühərriki olan elektrik kompressoru yardım edir. Ənənəvi 12-voltluq sistem bu yükə dözmədiyinə görə, güc qurğusu 48-voltluq şəbəkə və 10 amper-saatlıq litium ion batareyası ilə dəstəklənir. Elektrik kompressoru 1650 dövr/dəqiqəyə kimi effektivdir, sonra isə adi turbokompressor tam gücü ilə çalışmağa başlayır. Audi S4 Sedan və S4 Avant modellərində quraşdırılan aqreqatın hasilatı 347 at qüvvəsi və 700 Nm-dir.