Əsas səhifə Biznes sahələri Avtomobil Audi hündür klirensli A1 modelini təqdim edib

Audi hündür klirensli A1 modelini təqdim edib

162
Paylaş

Audi şirkəti A1 Sportback modelinin «yolsuzluq» versiyasını təqdim edib. Artırılmış klirensə və plastikdən müdafiə qurşağına sahib olmuş yığcam hetçbek A1 Citycarver adlandırılıb.

Hündür klirensli A1 modelinin Q-modellərindəkinə bənzəyən səkkizbucaqlı Singleframe radiator barmaqlığı, kapotun ön hissəsinin altındakı iki kəsik, ön bamperdəki müdafiə işləməsi, kandar və təkər tağlarına vurulmuş plastik elementlər sayəsində ayırd etmək olar. Avtomobilin klirensinin 40 mm artmasının 35 mm asqı təmin edib. Qalan artım isə, təkər diskləri sayəsində baş verib. Hetçbekin tam çəki sistemi ilə təchiz edilməsi barədə məlumat verilməyib. Çox güman ki, hetçbek öndən çəkişə sahibdir.

Audi A1 Citycarver üçün doqquz kuzov və iki dam rəngini təklif edir. Hetçbek standart versiya ilə yanaşı, advanced, design selection və salonun qarışıq materiallardan (süni dəri/alkantara və ya parça/süni dəri) tərtibatı, ətraf işıqlandırması (yaşıl, bürünc və narıncı) olan S line versiyalarında təklif edilir. Opsional avadanlıq siyahısı A1 Sportback versiyasında olduğu kimidir. Opsiyalar arasında LED fənərlər, dinamik işıqlar, spoyler və aktiv təhlükəsizlik sistemlərinin geniş çeşidi vardır.

Dynamic dəstinin sifariş edilməsi halında A1 Citycarver modelinin təchizat siyahısında qırmızı supportları olan əyləc mexanizmləri, Audi drive select sistemi, adaptiv asqı, 18-düymlük təkər diskləri və mühərrikin səsinin generatoru peyda olur.  Modelin mühərrik çeşidi də A1 Sportback ilə eynidir: hetçbek 98 və ya 118 at qüvvəli 1,0-litrlik «turboüçlük», 150 at qüvvəli 1,5-litrlik və ya 200 at qüvvəli «turbodördlük» ilə təklif edilir. Transmissiyalar altıpilləli mexaniki qutu və ya 7-diapazonlu «robotdur».

Yeni hetçbek Avropadakı dilerlərin salonunda bu ilin payızında nümayiş etdiriləcəkdir. Hetçbekə sifarişlər gələn aydan qəbul edilməyə başlanacaqdır. 18-düymlük diskləri, tündləşdirilmiş fənərləri, qara dekor elementləri, seçilən damı və güzgü gövdələri, həmçinin arxa qapıdakı xüsusi yapışdırmaları olan Edition One versiyası da təklif ediləcəkdir.