Əsas səhifə Biznes sahələri Avtomobil Audi A8 modeli ağıllı asqı sisteminə sahib olub

Audi A8 modeli ağıllı asqı sisteminə sahib olub

202
Paylaş
Audi A8
Audi A8

Audi S8 modelinin standart təchizatına daxil olan prediktiv asqı sistemi artıq adi A8 sedanı üçün də əlçatandır. Bu ayın əvvəlində təqdim edilmiş Audi S8 sedanı yol səthinin xarakteristikalarını hesaba alaraq tənizmləmələri dəyişən ağıllı asqıya sahib olub.

Ağıllı asqı sistemi benzin mühərrikləri ilə təchiz edilmiş A8 sedanları üçün opsional avadanlıq kimi təklif edilir. 48 voltluq şəbəkədən qidalanan kiçik elektromotorlar təkərlərin yanında yerləşdirilib və elektronika tərəfindən idarə olunurlar. Reduktorlar elektromotorların fırlanma anını 200 dəfə artıraraq 1100 Nm çatdırılar və qüvvəni polad boruya ötürürlər. Bu boru, 20 dərəcədən artıq bucağa dönən titandan hazırlanmış mil ilə birləşir və gücü asqı elementlərinə ötürür.

 

Audi A8
Audi A8

 

Sistemin idarəolunmasına öndə quraşdırılmış videokamera yardım edir. Kamera qarşıdakı səthi skan edərək asqını yolun kələ-kötürlərinə hazırlayır. Məlumatlar sistemə bir saniyədə 18 dəfə daxil olur, mexanizmlər isə kuzovu 0,5 saniyə ərzində 85 mm qaldırmağa qadirdir. Bundan başqa, sistem sərnişinlərin avtomobilə rahat əyləşməsini təmin etmək məqsədi ilə, onların yaxınlaşması zamanı kuzovu 50 mm qaldırır.

Yeni asqı sistemi Avropada 5450 avroya başa gələcəkdir. Ağıllı asqı ilə təchiz edilmiş Audi A8 sedanını avqust ayından başlayaraq sifariş etmək olar.