Asus” şirkəti ikinci displey olan noutbuk təqdim edib

Date:

Paylaş:

Tayvanın “Asus” şirkəti tərəfindən təqdim edilmiş “ZenBook Pro Duo” noutbukunun əsas özəlliyi klaviaturanın üstündə yerləşdirilmiş ikinci displeydir.

“ZenBook Pro Duo” noutbukunun əsas OLED displeyinin diaqonalı 15 düym təşkil edir və 4K təsvir ölçüsünə malikdir. Qurğunun alt panelində eyni təsvir ölçüsü və tərəflər nisbəti 32:9 olan ikinci ekran quraşdırılıb. Təqdimat videoçarxına əsasən, ikinci displeydə əsas proqramın pəncərəsinin bir hissəsi göstərilə yaxud əlavə proqram işə salına bilər. Həmçinin alt ekranda informasiyaya iki pəncərədə baxmaq mümkündür.

İkinci displeyin mövcudluğu noutbuk istehsalçısına onu klaviatura ilə təchiz etməyə mane olmayıb. Taçpad alt küncə keçirilib və əlavə funksionallıq əldə edib: onu əlavə rəqəmli klaviatura blokuna çevirmək mümkündür.

“ZenBook Pro Duo” noutbuku “Intel Core i7” və ya “i9” prosessorları, “Nvidia GeForce MX250” və ya “RTX 2060” videokartları, həmçinin 32 QB-dək əməli yaddaş və 1 TB-dək SSD ilə təchiz edilə bilər. Qurğunun çəkisi 2,5 kq-dır.

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...