İdman avtomobilləri istehsalçısı kimi tanınan Aston Martin yeni motosikletlərinin buraxılışı barədə elan verib. Onlar 5 noyabrda Milanda EICMA motosikletlər sərgisində təqdim ediləcək.
Motosikletlər üzrərində əfsanəvi Brough Superior şirkəti də işləyib və şirkətlər arasında xüsusi razılıq imzalanıb.
Aston Martin üçün bu son açılış olmayacaq, şirkət digər yeni nəqliyyat vasitələrinin təqdimatına da hazırlaşır. Qeyd edək ki, istehsalçı ilk elektrik və yolsuzluq avtomobilini buraxmağı planlaşdırır. Şirkət Red Bull Racing-lə əməkdaşlıq edir.