Əsas səhifə Biznes sahələri Avtomobil “Aston Martin” şirkəti “Rapide” modelindən imtina edir

“Aston Martin” şirkəti “Rapide” modelindən imtina edir

356
Paylaş
Aston Martin Rapide
Aston Martin Rapide

Aston Martin şirkəti Rapide modelindən imtina etmək qərarına gəlib. Britaniya istehsalçısı əsas diqqəti krossoverlərin buraxılışına yönətmək istəyir. İstefaya göndərilən Rapide modelinin yerini DBX və Lagonda krossoverləri tutmalıdır.

Krossoverlərə olan tələbatın sürətlə artması Aston Martin şirkətini nəinki SUV seqmentinə aid olan yeni modelləri hazırlamağa, həmçinin Rapide modelini bu məqsədlərə qurban verməyə vadar edib. Avstraliyanın «Motoring» nəşrinə müsahibə verən Aston Martin şirkətinin rəhbəri Əndi Palmer liftbekin özünü doğrultmadığını və yaxın zamanlarda onun istehsalına son veriləcəyini bildirib. Çox güman ki, markanın ilk elektrokarı olan Aston Martin Rapid E modelini də bənzər aqibət gözləyir.

Rapid modelinin istehsaldan çıxarılması perspektiv modellər üçün istehsal meydançasının boşaldılmasını təmin edəcəkdir. Bununla belə, Palmer gələcəkdə Rapid modelinin üslubunda olan avtomobilin buraxılacağını istisna etməyib.