“Aston Martin” ən sürətli kabrioleti təqdim edib

Date:

Paylaş:

“Aston Martin” şirkəti DBS Superleggera  Volante adlı kabrioleti təqdim edib. Avtomobil bu ilin üçüncü rübündə satışa çıxarılacaq.

Brendin mətbuat xidmətindən verilən açıqlamaya görə, avtomobilinqiyməti 295 500 avrodan başlayır.

İkiqapılı  Volante kabrioletinin uzunluğu 4715 mm, eni 2145 mm, hündürlüyü isə 1295 millimetrdir. Təkər bazasının ölçüsü 2805 millimetrdir.

Maşının qara radiator qəfəsi, karbon lifli çoxsaylı kuzov elementləri,  dörd borudan ibarət sport eqzoz qazı sistemi, LED optikası,spoyleri və 21 düyümlük dairəvi diskləri, Pirelli P Zero şinli təkərləri var.

Maşının açılıb yığılan yuxarı hissəsi səkkiz rəngdə təqdim olunur və 14 saniyəyə açılıb, 16 saniyəyə yığılır. DBS Superleggera Volante 12 silindrli, 5,2 litr həcmli qoşa turbo mühərriklə təchiz olunub və 715 at gücünə malikdir.

Mühərriki səkkiz sürətli avtomatik ZF transmissiyası ilə işləyir. “Supercar” 3,6 saniyə ərzində 100km/s. qədər sürət ala bilir və onun maksimal sürəti saatda 340 km.dir.

Beləliklə də, bu yeni maşın ən sürətli Aston Martin kabrioleti adını alıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...