2016-cı ildə Asiya regionu milyarderlərin sayına görə ABŞ-ı qabaqlayıb.
Bu barədə Bloomberg nəşri UBS Group maliyyə holdinqinin tədqiqatına istinadən məlumat yayıb.
Asiyada milyarderlərin sayı 117 nəfər artaraq 637 nəfərə çatıb, ABŞ-da isə bu rəqəm 563-ə bərabərdir. Ümumilikdə ötən ildə dünyanın ən varlı insanlarının sərvəti 17% artaraq 6 trilyon dollar təşkil edib. Amerikalılar bu pul kütləsinin böyük hissəsinə – 2,8 trilyon dollara nəzarət edirlər. Asiya üzrə isə bu göstərici 2 trln. dollar təşkil edir.