Çoxları Ashton Kutcher-i aktyor kimi tanıyır. Amma o artıq on ilə yaxındır ki, səhmdarlıqla məşğuldur və hətta özünün Sound Ventures fondu da var. Kutcher bu baxımdan, yatırım etdiyi startapları necə seçməsindən bəhs edib.
Yeni tanışlarla görüşəndə səhmdar çox vaxt onlardan telefonlarına baxmağı xahiş edir. Beləcə o, insanlara hansı tətbiqlərin maraqlı gəldiyini və onların hansı xidmətlərə ehtiyaclarının olduğunu öyrənir. Kutcher texniki mütəxəssis olmadığını və ona görə də bazarla bağlı fikrini mədəni amillərə əsaslanaraq ortaya qoyduğunu bildirir: “ Silikon Vadisindəki iri vençur səhmdarların çoxu texnologiya adamlarıdırlar. Bizim komandada da təbii ki, belələri var. Amma biz təkcə onların fikirlərini əsas tutmuruq”.
Kutcher deyib ki, yatırım etmək üçün layihələr seçiminə qeyri-standart münasibət bəsləyir. Yəni, onu ilk növbədə ideyanın özü maraqlandırır, onun texniki icrası yox. Uber, Airbnb və Spotify kimi startaplara uğurlu sərmayələri də məhz bu səbəbdəndir.
Sərmayəçi-aktyor sosial trendlərə də diqqət yetirir: “20 ilə yaxın şou-biznesdə çalışaraq layihələrin ancaq texnoloji tərəflərinə yönəlmək mümkün deyil. Məhsulun kültür tərkibinin də dəyəri böyükdür”.
Kutcher-in fikrincə, #MeToo hərəkatı birmənalı şəkildə onu göstərir ki, qadınların özləri və sağlamlıqları üçün olan tətbiq və xidmətlər ancaq və ancaq inkişaf edəcəkdir.