“ASAN xidmət” mobil tətbiqi təqdim olunub

Date:

Paylaş:

Mayın 6-da “ASAN xidmət” mobil tətbiqinin təqdimat mərasimi keçirilib.

Dövlət Agentliyindən verilən məlumata görə, vətəndaşlar “ASAN xidmət” mobil tətbiqini “Android” əməliyyat sistemi ilə çalışan mobil qurğular üzərindən yükləyə bilərlər. Tətbiqi yükləmiş istifadəçi şəxsiyyət vəsiqəsinin seriya nömrəsini və FİN kodunu daxil etməklə qeydiyyatdan keçə və şəxsi kabinetini yarada bilər.

Vətəndaşlar mobil tətbiq vasitəsi ilə “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində müvafiq xidmət mərkəzini seçə, zəruri sənədlərin siyahısı ilə tanış ola və növbə götürə bilərlər. Həmçinin seçilmiş xidmət üzrə təqdim olunan mərkəzlərdə növbə sayı və növbənin bitmə vaxtı ilə tanış olmaq və müvafiq mərkəzi seçmək imkanı da yaradılıb.

Təqdim olunan “Növbəni izlə” funksional bölməsi vasitəsi ilə vətəndaşlar növbə üzrə müraciətlərinin statusu ilə tanış ola bilər, həmçinin müraciətlərindən imtina edə və ya mərkəzlərə daha yaxın ərazidə olduğu zaman aktivləşdirməni həyata keçirə bilərlər.

“ASAN xidmət” mobil tətbiqində vətəndaşlar üçün onlayn müraciət və telefon vasitəsi ilə 108 “Çağrı” mərkəzi ilə əlaqə, vətəndaşın dayandığı mövqedən xidmət mərkəzinə xəritə əldə etmək və digər faydalı imkanlar yaradılıb.

Mobil tətbiqin yaradılmasında əsas məqsəd vətəndaşlar üçün çevikliyi təmin etməklə, onların əlavə vaxt itkisinin, məsrəflərinin qarşısını almaq və “ASAN xidmət” mərkəzlərinin idarəedilməsində effektivliyi artırmaqdır.

Gələcəkdə mobil tətbiqin sistem imkanlarının və əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulub. 

 

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...