Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər “ASAN xidmət”in 10 filialında 2 milyon manatlıq təmizlik işləri görüləcək

“ASAN xidmət”in 10 filialında 2 milyon manatlıq təmizlik işləri görüləcək

20
Paylaş

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 3 şirkətlə 2 milyon manatlıq müqavilə imzalayıb.

Bizplus.az xəbər verir ki, müqavilə “ASAN xidmət”in filiallarında təmizlik işlərinin görülməsi məqsədilə imzalanıb.

1-ci müqavilə Super Servis MMC ilə 5 saylı Bakı “ASAN xidmət” mərkəzində və səyyar xidmət nəqliyyat vasitələrində gündəlik təmizlik işlərinin görülməsi üçündür. Müqavilənin məbləği 241 min 200 manatdır.

4 müqavilə “Servis Xidməti” MMC ilə  imzalanıb. Müqavilə Quba regional “ASAN xidmət” mərkəzində və səyyar xidmət nəqliyyat vasitələrində gündəlik təmizlik işlərinin görülməsi , Qəbələ regional “ASAN xidmət” mərkəzində gündəlik təmizlik işlərinin görülməsi, Bərdə regional “ASAN xidmət” mərkəzində və səyyar xidmət nəqliyyat vasitələrində gündəlik təmizlik işlərinin görülməsi, 4 saylı Bakı “ASAN xidmət” mərkəzində və səyyar xidmət nəqliyyat vasitələrində gündəlik təmizlik işlərinin görülməsi üçündür. Müvafiq olaraq isə 2 müqavilənin məbləği ayrı-ayrılıqda 154 min 046 manat, digər məbləğlər isə 162 min 835 manat, 222 min 420 manatdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Parlaq Məkan” MMC ilə 5 müqavilə bağlayıb. Müqavilələrdə Tovuz regional “ASAN xidmət” mərkəzində gündəlik təmizlik işlərinin görülməsi, Şamaxı regional “ASAN xidmət” mərkəzində gündəlik təmizlik işlərinin görülməsi, Kürdəmir regional “ASAN xidmət” mərkəzində gündəlik təmizlik işlərinin görülməsi, Balakən regional “ASAN xidmət” mərkəzində gündəlik təmizlik işlərinin görülməsi, Ağcabədi regional “ASAN xidmət” mərkəzində gündəlik təmizlik işlərinin görülməsi nəzərdə tutulub.

Tovuz filialında təmizlik işləri üçün 218 min 964 manat, Şamaxıda 206 min 628 manat, Kürdəmirdə 154 min 200 manat, Balakəndə 101 min 772 manat, Ağcabədidə isə təmizlik üçün 221 min 184 manat pul xərclənəcək.

Müqavilələrin cəmi məbləği isə 1 milyon 837 min 295 manatdır.