Əsas səhifə Biznes sahələri Texnologiya “ASAN xidmət”dən iş adamları üçün əla fürsət!

“ASAN xidmət”dən iş adamları üçün əla fürsət!

1458
Paylaş

İşlərinin çoxluğundan özlərinə vaxt ayıra bilməyən insanlar üçün “ASAN xidmət” vaxt ayırdı.

Belə ki, “ASAN xidmət” mərkəzlərinə müracət etməyə vaxtı olmayan şəxslərə yardım etmək məqsədlilə yaradılan “Sifarişli Səyyar ASAN xidmət”  əlavə ödəniş etməklə həyata keçirilir.

Xüsusilə biznesmenlər (iş adamları) üçün göydəndüşmə təklif olan “Sifarişli Səyyar ASAN xidmət”  onlar üçün iş yerlərindən ayrılmadan xidmət almağa yardım edir.

İş adamları  əməkdaş məmnuniyyətini artırmaq məqsədilə fəaliyyət göstərdikləri yerdə Səyyar ASAN sifariş etməklə əməkdaşların sənəd problemlərini həll edə bilərlər.

Qeyd edək ki, Səyyar xidmətlər dedikdə qanunla nəzərdə tutulmuş qaydada əlavə ödəniş aparılmaqla şəxsin iş və ya yaşayış yerini, habelə olduğu yeri tərk etmədən xidmətlərdən yararlanması nəzərdə tutulur. Yəni, xidmətin həyata keçirilməsi üçün tələb edilən sənədlər və xidmətin nəticəsi olaraq şəxsə verilməli olan sənədlər onun yaşayış və ya iş yerində, habelə olduğu yerdə təhvil götürülə və təhvil verilə bilər

Sosial həmrəyliyin təmin edilməsi məqsədi ilə səyyar xidmətlər kənardan qulluğa və yardıma ehtiyacı olan 1-ci qrup əlillər (tibbi-sosial ekspertiza komissiyasının arayışında göstərilməklə) və sağlamlıq imkanları məhdud uşaqlar  (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 Aprel 2009-cü il tarixli 67 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına” əsasən)  üçün əlavə səyyar xidmət haqqı ödənilmədən həyata keçirilir.

Xidmətdən Bakı şəhərində daimi qeydiyyatda olmaqla yaşayan şəxslər müraciət edə bilərlər.

Ətraflı məlumat 9-108