“ASAN kadr” karyera mərkəzi və Bakı Ali Neft Məktəbi “Karyera sərgisi” keçirəcək

1
1027

ASAN Könüllülük Məktəbinin “ASAN kadr” karyera mərkəzi və Bakı Ali Neft Məktəbi gənclərin məşğulluğunu artırmaq üçün “1-ci Karyera sərgisi” keçirəcək.

Karyera sərgisi bütün vətəndaşlar üçün açıq elan edilir. Sərgi vətəndaşlara məşğulluq, iş, təcrübə imkanları təklif edəcək, habelə müxtəlif şirkətlərin insan resursları üzrə mütəxəssisləri ilə peşəkar ünsiyyət qurmağa şərait yaradacaq.

Belə ki, sərgi 2018-ci il 1 mart tarixində Bakı Ali Neft Məktəbinin yeni kampusunda saat 10:00-17:00 kimi davam edəcək, sərgidə müxtəlif yerli və xarici müəssisələrin nümayəndələri iştirak edəcək. Sərginin əsas məqsədi savadlı, bacarıqlı, təcrübəli və iş potensialı ilə fərqlənən gənclərin dövlət və özəl qurumlarda işlə təmin olunmalarına dəstək olmaq və müəssisələrin mövcud iş vakansiyaları haqqında məlumat vermələri üçün şərait yaratmaqdır.

Qeyd edək ki, “ASAN Kadr” karyera mərkəzinin qurulmasında əsas məqsəd ASAN Könüllülük Məktəbinin məzun könüllülərinin peşakar karyera qurmalarına dəstək olmaqdır. Bu günə kimi 850-dən çox məzun ASAN kadr işlə təmin edilib. Onların uğur hekayələri də www.asankadr.az portalında işıqlandırılıb.

 

1 COMMENT