Hər birimizin ən xoşlamadığı işlərdən biri də növbə gözləməkdir. Bəzi xidmət müəssələri vardır ki, bizi saatlarla növbədə gözləməyə məcbur edir. Bu da gözləməyi sevməyən bizlər üçün əsl zülmə çevrilir, desək yanılmarıq.
ASAN mərkəzləri məhz bu problemi və rüşvət məsələsini aradan qaldırılmaq ideyası ilə yaradılmışdılar. Lakin hazırda ASAN-larda növbə problemi ilə redaksiyamızada çoxsaylı şikayətlər daxil olur. Sahibkarlarında ən çox üzləşdiyi problem əsasən yeni ASAN imzanın alınması ilə və ya onu yeniləməklə bağlıdır.
Vətəndaşların problemi ilə məşğul olmaq üçün ASAN mərkəzlərdə və Azercell müştəri xidmətlərinda bu işlə bağlı yalnız bir nəfər ayrılır buda onlarla insanın növbədə gözləməsi ilə nəticələnir.