“Buta Airways” aşağıbüdcəli aviaşirkət Tbilisiyə müntəzəm uçuşların sayını artırır.
Gürcüstanın Mülki Aviasiya Agentliyi şirkətə müvafiq icazəni verib.
Aviaşirkət yay mövsümündə – iyunun 15-dən sentyabrın 15-dək Bakı-Tbilisi-Bakı istiqaməti üzrə əlavə olaraq 5 uçuş yerinə yetirəcək.
Bakıdan Tbilisiyə həftədə, ümumilkdə, 19 reys (“Buta Airways” – 17 reys, AZAL – 2 reys) həyata keçirəcək.
Uşuçlar Embraer E190, Airbus A319, Airbus A320 və Boeing B757 tipli təyyarələrlə yerinə yetiriləcək.
Qeyd edək ki, AZAL-ın nəzdində fəaliyyət göstərən “Buta Airways” şirkəti 2017-ci ilin sentyabrından Bakı-Tbilisi reyslərini yerinə yetirir. Bu gündən etibarən isə şirkət Bakı-Batumi istiqaməti üzrə uçuşlara başlayıb