Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri Aşağıbüdcəli aviaşirkət Tbilisiyə müntəzəm uçuşların sayını artırır

Aşağıbüdcəli aviaşirkət Tbilisiyə müntəzəm uçuşların sayını artırır

37
buta airways
buta airways

“Buta Airways” aşağıbüdcəli aviaşirkət Tbilisiyə müntəzəm uçuşların sayını artırır.

Gürcüstanın Mülki Aviasiya Agentliyi şirkətə müvafiq icazəni verib.

Aviaşirkət yay mövsümündə – iyunun 15-dən sentyabrın 15-dək Bakı-Tbilisi-Bakı istiqaməti üzrə əlavə olaraq 5 uçuş yerinə yetirəcək.

Bakıdan Tbilisiyə həftədə, ümumilkdə, 19 reys (“Buta Airways” – 17 reys, AZAL – 2 reys) həyata keçirəcək.

Uşuçlar Embraer E190, Airbus A319, Airbus A320 və Boeing B757 tipli təyyarələrlə yerinə yetiriləcək.

Qeyd edək ki, AZAL-ın nəzdində fəaliyyət göstərən “Buta Airways” şirkəti 2017-ci ilin sentyabrından Bakı-Tbilisi reyslərini yerinə yetirir. Bu gündən etibarən isə şirkət Bakı-Batumi istiqaməti üzrə uçuşlara başlayıb

Rəy bildir

Please enter your comment!
Please enter your name here