Əsas səhifə Biznes sahələri Texnologiya Aşağı keyfiyyət və yüksək qiymətli telefon satılır – FOTO

Aşağı keyfiyyət və yüksək qiymətli telefon satılır – FOTO

253
Paylaş

Brend, dəbdəbə sevənlər üçün ən bahalı NOKİA satışa çıxarılır.

 “Caviar” şirkəti brend və bahalı məhsul sevənləri bu dəfə də “NOKİA 6500” modeli ilə sevindirəcək.

“Bizplus.az” Türkiyə mətbuatına istinadla xəbər verir ki, “Caviar” şirkəti xüsusi metallar və almazlarla hazırladığı “NOKİA 6500” modelini artıq təqdim edib. Diqqət çəkən məqam isə “NOKİA 6500″un qiymətinin “NOKİA”nın digər modelləri ilə müqayisədə kifayət qədər yüksək olmasıdır.

Yaxın günlərdə satışa çıxarılacaq yeni modelin qiymətinin 2 min 600 dollar olduğu açıqlanıb. Köhnə model olan “NOKİA 6500″ın qiyməti yüksək olsa da, göstəriciləri kifayət qədər aşağıdır. Kameranın keyfiyyət göstəricisi 2 meqa pikseldir.

Xatırladaq ki, məşhur şirkət bundan öncə “İphone Xs” modelini yeni formada satışa təqdim etmişdi.