Əsas səhifə Biznes Biznes məqalələri Arzularımızda nə dərəcədə səmimiyik? – “Toyota” təsisçisinin “5 niyə metodu”

Arzularımızda nə dərəcədə səmimiyik? – “Toyota” təsisçisinin “5 niyə metodu”

201
Paylaş

“5 niyə metodu”  Toyota şirkətinin təsisçisi Sakichi Toyoda tərəfindən  irəli sürülüb və ilk əvvəl şirkətin istehsal sistemi məsələlərinin həlli üçün nəzərdə tutulmuşdu.

“Niyə?” sualını verməklə bir problemin xarakterini müəyyən etmək olur və beləcə onu necə həll etməyi bilmiş oluruq.

Digər şirkətlərdə də bu texnikadan istifadə olunub. “Semco” şirkətində hədəflərin seçilməsi və qərarların qəbul edilməsində “üç niyə” metodundan istifadə edilib. Sonralar metod “Toyota” sərhədlərindən kənarda da məhşurluq qazanır və hal-hazırda Kayzen-də(davamlı inkişaf fəlsəfəsi), altı siqma (proseslərin inkişaf etdirilməsi metodu) və digər iş keyfiyyətinin artırılması konsepsiyalarında istifadə olunur.

“5 niyə metodu” bu və ya digər problemin kökündə dayanan səbəb-nəticə əlaqələrinin həm fərdi, həm də toplu şəkildə öyrənilməsi, səbəb olan faktorların müəyyən edilməsi və əsas səbəbin üzə çıxarılmasında çox effektiv bir alətdir. Göründüyü kimi, metoddan  problemin əsas səbəbi məlum olmayanda və onun həllində detallı araşdırma və statistik təhlil üçün resurslar çatışmayanda istifadə olunur.

Burada əsas olan ənənəvi menecmentlikdə də qəbul olunduğu kimi günahkar axtarmaq deyil, məhz kök səbəbi üzə çıxarmaqdır. Hətta xırda problemlərin həlli də onların kökündə dayanan əsas səbəbə diqqət yetirməyəndə, yenidən həmin problemlərin təkrar-təkrar baş verməsi ilə nəticələnir.

Bəs niyə məhz 5 “niyə?” 5 sual qaydası üzrə, problemin kökünü tapmaqda kifayət edən sual sayıdır.

5 “niyə?” metodunu tam başa düşmək üçün Toyota şirkətinin istehsal sisteminin memarı Taiichi Ohno-dan sitat gətirə bilərik:

Təsəvvür edin ki, maşınınız xarab olub:

1 . Avtomobil niyə işləmir?

Çünki yüklüdür.

2 . Niyə yüklənib?

Çünki  podşipnik yaxşı yağlanmayıb.

3 . Niyə podşipnik pis yağlanıb?

Çünki yağ nasosu pis işləyib.

4 . Niyə o pis işləyib?

Çünki piston köhnəlib və boşalıb.

5 . Niyə porşen köhnəlib?

Çünki filtr qoymayıblar və pistona metal qırıntıları düşüb.

Burada bütün suallar ətrafında dövr etmədən ancaq qoruyucunu və ya nasosun pistonunu dəyişmək barədə qərar versəniz, hardasa təxminən bir neçə aydan sonra yenə eyni problemlə qarşılaşacaqsınız.

“Niyə Toyota Motor Company şirkətində bir işçi ancaq bir dəzgahı idarə edə bilir, amma Toyoda toxuculuq fabrikində gənc bir qız eyni vaxtda 40 və ya 50 toxuculuq dəzgahına nəzarət edə bilir?”

Cavab belədir: “Toyota şirkətindəki dəzgahlar bir emal dövriyyəsi başa çatanda avtomatik olaraq dayana bilmirlər”. Dəzgahların avtomatlaşdırılması ideyası buradan yaranıb – onların insanın zəka elementləri ilə avtomatlaşdırılması.

Növbəti sual: “Niyə biz ehtiyat hissələrinin dəqiq vaxtında əldə edilməsinə nail ola bilmirik?” Cavab : “Çünki onların hazırlanma sürəti onlardan bir dəqiqədə nə qədər istehsal olunacağını bilməyimizə imkan vermir”. İstehsalın bərabərləşdirilməsi ideyası da buradan yaranıb.

“Niyə həddindən artıq çox ehtiyat hissələri istehsal edirik?” sualına “Çünki, sürət tempini azalda  və ya ifrat dərəcədə istehsalın tam olaraq qarşısını ala bilmirik. Beləcə, vizual idarəetmə ideyası yaranıb və o da Kanban (kartlarla mal hərəkəti sistemi. Dinamik işi təmin edir) ideyasına gətirib çıxarıb.

Toyota şirkətinin istehsal sistemi itkilərsizdir. Ümumiyyətlə, itkilər nədən olur? Bu sualla biz əslində gəlirlə bağlı sualın üstünə gəlib çıxırıq. Mənfəət, biznesin normal fəaliyyət göstərməsinin əsas şərtidir.

İstehsal müəssisəsinin fəaliyyətində məlumatlar çox böyük rol oynayır, amma real faktlar daha vacibdir. Hər hansısa problem yaranan zaman  biz kifayət qədər ciddi səylə əsas səbəbi axtarmasaq götürülən ölçülər boşuna gedəcək.

Bildirdiyimiz kimi, Sakichi Toyoda əslində sözügedən bu metodu öz müəssisəsindəki müxtəlif texnoloji problemlərin həlli üçün tətbiq edib. Amma metod hər bir vəziyyətdə əla işləyən bir üsuldur.

O həm də arzularımızın həqiqi olub-olmamasını müəyyən etməyə imkan verir. Yəni, nəyisə həqiqətən də özümüz istəyirikmi yoxsa o bizə belə desək, cəmiyyət tərəfindən təlqin olunub. Bu, “5 niyə metodu” adlanır.

Çox sadə alqoritmi var – özünüzə sual verirsiniz: “Niyə məhz bunu arzu edirəm?” və bunu əsas cavabın kökünə gedib çıxana kimi 5 dəfə təkrar edirsiniz.

Məsələn: Mən Christian Louboutin ayaqqabısı istəyirəm!

1 . Niyə məhz bunu istəyirəm? – Çünki, ətrafdakılarda müəyyən təəssürat oyatmaq istəyirəm.

2 . Niyə ətrafdakılarda təəssürat oyatmaq istəyirəm? – Çünki, diqqət çəkmək istəyirəm.

3 . Niyə diqqət çəkmək  istəyirəm? – Çünki, özümü dəyəsiz hiss edirəm.

4 . Niyə özümü dəyəsiz hiss edirəm? – Çünki, artıq çoxdandır elə eyni mövqedə qalmışam.

5.Niyə elə eyni yerdə qalmışam? – Çünki, gördüyüm iş ürəyimcə deyil.

Belə olan halda, artıq başa düşürük ki, məsələ ayaqqabıda deyil və onları almaq nəticədə heç nəyi dəyişdirməyəcək. Uzaq başı bir neçə gün bizi sevindirəcək. Sonra isə onu geyinəndə ayaqlarımız yorulacaq və şişəcək. Axı əsas səbəb həll olunmayıb.

Sonuncu, beşinci “niyə” sualının cavabı sizin əsl arzunuz deməkdir. Demək, ayaqqabı almaq əvəzinə sevdiyiniz məşğuliyyət axtarışına çıxmalısınız. Bu sizə daha çox sevinc və xoşbəxtlik bəxş edəcək nəinki “brend Louboutin” ayaqqabısı.

Sakichi Toyoda-nın metodu tək bir əsl səbəbin tapılması lazım olan sadə məsələlərin həllində də əla işləyir. Çoxlu variantlar olduqda isə əsl səbəbi müəyyən etmək bir qədər çətin olur.

Bununla belə, “5 niyə metodu” kifayət qədər effektivdir. O, sizin özünüzə belə etiraf etməkdə çətinlik çəkdiyiniz nəyisə ortaya çıxarmağa imkan verir.

Toyoda Sakichi bu metodu ilə lazımsız olanlar detalları kənarlaşdırıb enerjisini ancaq özünün və biznesinin inkişafına yönləndirməyi bacaran ağıllı iş adamı kimi xatırlanır.