Artıq ödənilmiş vergilərin qaytarılması üzrə müraciətlər elektronlaşdırılıb

Date:

Paylaş:

Vergilər Nazirliyinin daha bir elektron xidməti istifadəyə verilib.

Vergilər Nazirliyinə istinadən xəbər verilir ki, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə, o cümlədən qeyri-rezident şəxslərə qaytarılması üzrə müraciətlər elektronlaşdırılıb.

Bu, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi ödəyicilərinə xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılmış daha bir addımdır. Yeni elektron xidmət İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) portalı üzərindən göstərilir. Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə, o cümlədən qeyri-rezident şəxslərə qaytarılması üzrə müraciətlərin elektronlaşdırılması vergi ödəyicilərinin işini xeyli asanlaşdıracaq. Bu yenilik vergi ödəyicilərinə “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması barədə” və “Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirindən artıq tutulmuş vergilərin geri qaytarılması haqqında” (DTA-05 forması) ərizə formalarını elektron qaydada tərtib etmək və təsdiqləmək imkanı yaradır.

Xatırladaq ki, dövlət başçısının 2 iyun 2017-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planı”nda artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması üzrə müraciətlərin elektronlaşdırılması nəzərdə tutulur. Nazirlər Kabinetinin 30 aprel 2018-ci il tarixli 190 nömrəli Qərarı ilə “Elektron xidmət növlərinin Siyahısı”na “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması məqsədilə müraciətin təqdim edilməsi” məzmununda bənd əlavə edilmişdi. Yeni xidmət bu qərara uyğun olaraq vergi ödəyicilərinin istifadəsinə verilib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...