Əsas səhifə Biznes sahələri Texnologiya Artıq küçədə qulaqlıqla gəzmək təhlükəli olmayacaq

Artıq küçədə qulaqlıqla gəzmək təhlükəli olmayacaq

98
Paylaş

Bir çox insanlar küçədə gedərkən qulaqlıqdan istifadə etdiklərindən maşınların səsini eşitmirlər. Buna görə də alimlər sahiblərinə nəqliyyat vasitələrinin yaxınlaşması barədə xəbərdarlıq edən yeni qulaqlıqlar hazırlayıblar.

Bu yenilik Kolumbiya Universitetinin məlumatlar mərkəzinin alimləri tərəfindən hazırlanıb. Bu işdə onlara Şimali Karolina Universitetindən və Nyu-York-un Bernard kollecindən olan həmkarları kömək ediblər.

Yeni qulaqlıqlar bir neçə kiçik mikrofona malikdirlər, onlar istifadəçinin ətrafındakı bütün istiqamətlər üzrə səsləri qeydə alırlar və smartfondakı maşın öyrənilməsi əsaslı tətbiqə həmin audioməlumatı göndərirlər. Səsləri qəbul edən tətbiq xüsusi səs siqnalının köməyi ilə istifadəçini xəbərdar edir.

Bütün sistemi çox az enerji sərf edir və istehsalı da ucuz başa gələr bilər. Hal-hazırda onun həm laboratoriyada həm də Nyu-York küçələrində sınağı həyata keçirilir.