iPhone modellərinin ən böyük xüsusiyyəti özünəməxsus əməliyyat sisteminə (iOS) malik olmalarıdır. Ancaq artıq bəzi istifadəçilər öz iPhone-larına Android əməliyyat sistemi quraşdıra biləcəklər.
Bu təəccüblü yeniliyin arxasında Project Sandcastle yer alır. Bu proyekt iPhone-lara Android yüklənməsini təmin edə bilər. Jailbreak əsaslı sistem boşluğundan (Checkra1n) yararlanaraq iPhone 7, iPhone 7 Plus və 6-cı nəsil iPod Touch cihazlarında Android quraşdırılmasına imkan verən proyekt, həqiqətən, maraq doğurur.
Qeyd edək ki, hələlik Android yüklənmiş iPhone-larda bütün funksiyalar işləmir. Məsələn hazırda, kamera və mobil internet aktivləşmir. Ona görə də istifadəçilər iPhone-larını Android telefona çevirə bilmirlər. Ancaq bunun üzərində iş gedir.
Bundan başqa, gələcəkdə proyektin əməliyyat sistemləri arasında sürətli dəyişikliyə imkan verəcəyi də deyilir.
Ancaq güman ki, əksər istifadəçi buna maraq göstərməyəcək. Çünki istifadəçilərin 99%-i iPhone-ları fuksiyalarına görə yox, əməliyyat sisteminə görə seçir.