Bu Facebook “update”i təkcə kiçik və orta biznes üçün deyil, həm istifadəçilər üçündür.
Bu ilin may ayında F8 Facebook kiçik biznes üçün Appointment Bookings kimi pulsuz alətlərin genişləndirilməsi barədə elan verib.
Bugün üçün bu, restoranlar, kafelər, salonlar, bir sözlə, biznes-proseslərdə“yazılmaq” və “növbə” prosedurlarının olduğu bütün xidmətlərdə “must have”dir.
Bu update-in müsbət tərəflərindən biri də Google Calendar-dan inteqrasiyadır. Əgər sizin təqvimdə müəyyən bir tarixə və vaxta yazılma varsa sizə yazıla bilməyəcəklər.
Həmin düymə siz Facebook-da Call to Action düyməsi üçün “Bron etmək” hədəfini təyin etdiyinizdə həm Facebook-da həm də İnstagram profilində görünür.
İstifadəçilər “Bron etmək” düyməsini basanda özlərinə lazım olan tarixi, vaxtı və xidmətləri seçə və daha sonra “Qəbula yazılmaq” düyməsini sıxa bilirlər.
Sonra isə proses Messenger-ə keçir və orada istifadəçi ilə biznes arasında əlaqə yaranır. Hər iki tərəf istənilən suala cavab verə bilər və sonra şirkət qəbul sorğusunu təsdiqləyəndə istifadəçi Messenger vasitəsilə bildiriş alır. Daha sonra istifadçilər görüşü öz təqvimlərinə əlavə edirlər.
Bildiriş
Öz müştərilərinə təsdiqləməni, xatırlatmanı və növbəti fəaliyyətləri Messenger və ya SMS vasitəsilə avtomatik göndərmək mümkündür.
İdarəetmə
Öz səhifəndə təqvimdən bütün bronları idarə etmək olar.
Trekinq
Müştərilərin əlaqə məlumatlarını və kontaktlar siyahısından görüşlərin tarixini izləmək imkanı.
Həmçinin “Bron etmək” düyməsi vasitəsilə paylaşımlara reklamlar qoya bilərsiniz.