Facebook öz istifadəçilərinə alış-verişləri və işlər siyahısını paylaşmaq üçün yeni bir xidmət yaratdı. Bu məlumatı bizimlə VentureBeat onlayn nəşriyyatı bölüşür.
Elə bir neçə gün əvvəl, Facebook şəbəkəsinin bizə təqdim etdiyi yenilikdən danışmışdıq. Söhbət Facebook-un “bu gün oldu” yeni xidmətindən gedir, və budur, Facebook yenə də öz istifadəçilərinə xoş bir sürpriz hazırladı. Hal- hazırda yeni xidmət hələ ki test mərhələsini keçir.
Bəs bu xidmət nədən ibarətdir? Bu sualı cavablandırmağa çalıçaq. Məsələn, istifadəçilər öz dostlarını dəvət edib tətillər zamanı ediləcək işlərin siyahısını birgə yarada, bayramda almaq istədikləri hədiyyələri də bu şəkildə müzakirə edə bilərlər.
Qeyd etmək lazımdır ki, Facebook sosial şəbəkəsinin tətbiq etdiyi yeni funksiyalar Pinterest – in məşhur olan şəkil paylaşimı lövhələrinə bənzəyir.
Xatırladaq ki, ötən gün biz Rusiyada məşhur sosial şəbəkə olan Facebook-un blok edilməsi haqda xəbər vermişdik.