Əsas səhifə Xəbərlər Biznes xəbərləri Artıq Facebook istifadəçiləri öz alış – verişlərini dostları ilə də paylaşa bilərlər

Artıq Facebook istifadəçiləri öz alış – verişlərini dostları ilə də paylaşa bilərlər

Facebook öz istifadəçilərinə alış-verişləri və işlər siyahısını  paylaşmaq üçün  yeni bir xidmət yaratdı. Bu məlumatı bizimlə VentureBeat onlayn nəşriyyatı  bölüşür.

Elə bir neçə gün əvvəl, Facebook şəbəkəsinin bizə təqdim etdiyi yenilikdən danışmışdıq. Söhbət Facebook-un “bu gün oldu” yeni xidmətindən gedir, və budur, Facebook yenə də öz istifadəçilərinə  xoş bir sürpriz hazırladı. Hal- hazırda yeni xidmət hələ ki test mərhələsini keçir.

Bəs bu  xidmət nədən ibarətdir? Bu sualı cavablandırmağa çalıçaq. Məsələn, istifadəçilər öz dostlarını dəvət edib tətillər zamanı ediləcək işlərin siyahısını birgə yarada, bayramda almaq istədikləri hədiyyələri də  bu şəkildə müzakirə edə bilərlər.

Qeyd etmək lazımdır ki, Facebook sosial şəbəkəsinin tətbiq etdiyi yeni funksiyalar Pinterest – in məşhur olan şəkil paylaşimı lövhələrinə bənzəyir.

Xatırladaq ki, ötən gün biz Rusiyada məşhur sosial şəbəkə olan  Facebook-un blok edilməsi haqda xəbər vermişdik.

 

Rəy bildir

Please enter your comment!
Please enter your name here